Azərbaycanın boççia növü üzrə paralimpiyaçıları Xorvatiyanın Zaqreb şəhərində keçirilən “Intercontinental Challenger” çempionatında qalib olublar.
Oxu.Az xəbər verir ki, paralimpiyaçılar Bəhruz Miryəyev (BC-4) və Sona Ağayeva (BC-2) çempionatın qalibləri elan ediliblər.
Finalda Mirzəyev ukraynalı Artyom Kolinkoya, Ağayeva isə portuqaliyalı Ana Koreyaya qalib gəlib.
15:36
Boççia idman növü üzrə milli komandamızın üzvü Orxan Kərimov (BC-2) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən “Intercontinental Challenger” çempionatında bürünc medal qazanıb.
Oxu.Az xəbər verir ki, o, çexiyalı Yosef Zabkanı məğlub edərək üçüncü olub.

Qeyd edək ki, digər idmançılarımız Bəhruz Mirzəyev (BC-4) və Sona Ağayeva (BC-2) bu gün finalda yarışacaqlar.