Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin cüdo idman növü üzrə milli komandası Gürcüstanın Kobuleti şəhərində keçirilən təlim məşq toplantısından vətənə geri dönüblər.
ARMPK-dan Oxu.Az-a daxil olan məlumata görə, Milli komandanın baş məşqçisi İbrahim İbrahimovun sözlərinə əsasən, Gürcüstanda təşkil olunan təlim məşq toplantısı çox səmərəli keçmiş, idmançıların fiziki göstəricilərinin artmasına səbəb olmuşdur:
“Əminəm ki, bu məşqlərin səmərəsi 24-30 noyabr 2015-ci il tarixlərində Portuqaliyada keçiriləcək Avropa çempioantında öz müsbət nəticələrini göstərəcəkdir”.
Qeyd edirik ki, ARMPK-nin cüdo idman növü üzrə komandası 2016 Rio-De-Janeyro yay Paralimpiya Oyunlarına 66 və 73 kq çəki dərəcəsində ilk iki lisenziyasını ötən ilin sentyabr ayında qazanmış və noyabr ayında keçiriləcək Avropa çempionatında lisenziyaların sayını artırmaqda qərarlıdırlar.
E.Ə.
www.oxu.az