Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Paraqvay - Argentina görüşündə Lionel Messiyə görə forma qadağası qoyulub
Dünya Çempionatı 2026-nın seçmə mərhələsində baş tutacaq Paraqvay - Argentina oyunu ərəfəsində stadiona girişlə bağlı qadağalar tətbiq olunacaq.
Oxu.Az xəbər verir ki, yerli azarkeşlərə rəqib forması ilə arenaya daxil olması qadağan edilib.
Paraqvaylı azarkeşlər təkcə Argentina millisinin deyil, bu komandanın futbolçularının klubundakı formasını da geyinə bilməzlər. Yerli federasiya ölkədə Lionel Messinin çox sayda fanatı olduğundan onların "İnter Mayami"dəki geyimlə matça gəlməsindən ehtiyatlanır.
Qeyd edək ki, Paraqvay - Argentina oyunu noyabrın 15-də keçiriləcək.
"Lionel Messi" teqi üzrə xəbərlər
- "Denizlispor" Lionel Messi transferini açıqladı
- Messinin mühafizəçisinə meydana daxil olmaq qadağası qoyulub
- İspaniya La Liqasında ən çox oyun keçirən legionerlərin siyahısı bəlli oldu - Ronaldunun adı yoxdur
- Laportadan Messinin "Barselona"ya qayıtma xəbərlərinə REAKSİYA
- Messinin qolu "İnter Mayami"yə qələbə qazandırdı
Ən çox oxunanlar