Paraqvayın futbol üzrə çempionatının altıncı turu çərçivəsində “Xeneral Dias” və “Quarenya” klublarının görüşü baş tutub.
“Tigo Sports” xəbər verir ki, “Xeneral Dias” klubunun qapıçısı Qustavo Serdan düşünülməmiş addım ataraq topu öz qapısına göndərib.
Yarımmüdafiəçidən ötürmə alan qapıçı gözlənilmədən rəqib komandanın oyunçusunu aldatmaq fikrinə düşüb. Lakin pressinqə məruz qalan Q.Serdan qapısına tərəf qaçmalı olub. Nəticədə yerə yıxılan qapıçı avtoqola imza atıb.
Bu qol onun komandasını qələbədən məhrum edib.
SE TROPEZÓ
— Tigo Sports (@TigoSportsPY) February 24, 2020
El portero de #GralDíaz, Gustavo Serdán, fue protagonista clave en el gol rival debido a un error cometido ante la presión de Santiago Salcedo. Fijate. pic.twitter.com/Vse4XhDRV5