Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Paris-2024: Azərbaycanın basketbol millisi ABŞ-ni məğlub edərək tarixi qələbə qazanıb
Azərbaycanın dörd idmançısı və 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının növbəti günündə mübarizə aparıblar.
Oxu.Az xəbər verir ki, olimpiadalar tarixində ölkəmizi ilk dəfə komanda yarışlarında təmsil edən qadınlardan ibarət 3x3 basketbol yığmamız ikinci matçına çıxıb.
Komandamız II turda ABŞ yığması ilə görüşüb. 20:17 hesabı ilə qalib gələn qızlarımız tarixi qələbəyə imza atıblar. Seçməmiz III və IV turda müvafiq olaraq Fransa və Almaniya milliləri ilə qarşılaşacaqlar. Hər iki oyun bu gün gerçəkləşəcək.
Akademik avarçəkmə üzrə yığmamızın üzvü Diana Dımçenko 6-12-ci yerlər uğrunda yarışda qüvvəsini sınayıb. O, C/D yarımfinalında altı iştirakçı arasında üçüncü olub. Məsafəni 7 dəqiqə 59.23 saniyəyə qət edən avarçəkən C finalına vəsiqə qazanıb.
Cüdoçu Elcan Hacıyev 1/16 finaldan mübarizəyə başlayıb. Bu raundda Türkiyə təmsilçisi Mixael Zqankı üstələyən tatami ustası, 1/8 finalda fransalı Nqayap Hambuya uduzaraq yarışı erkən başa vurub.
Azərbaycan triatlonçusu Rostislav Pevtsov da turnirə qoşulanlar sırasında yer alıb. İdmançımız ümumi məsafəni 1 saat 50 dəqiqə 36 saniyəyə qət etməklə 43-cü olub.
Badmintonçumuz Edi Reski Dviçayo E qrupunda ikinci görüşünü keçirib. Danimarkalı Anders Antonsenə qarşı mübarizə aparan raketka ustası 0:2 (12:21, 14:21) hesabı ilə uduzaraq yarışı medalsız başa vurub.
"Basketbol" teqi üzrə xəbərlər
- Ukraynalı yeniyetmə basketbolçuları öldürən şəxslərin kimliyi bəlli olub
- Azərbaycan millisi Polşaya qarşı
- Türkiyəli basketbolçu ABŞ klubu ilə 185 milyon dollarlıq müqavilə imzalayıb
- Bosniyada basketbol klubu kirayə qiymətlərinə görə oyunçusunu həbsxanaya yerləşdirdi
- "Fənərbağça"nın 224 sm-lik basketbolçusu nəhəng ölçülərilə təəccübləndirdi
Rəylər