Fransa çempionatının XVI turunun son qarşılaşması bol qollu keçib.
Oxu.Az xəbər verir ki, turnir cədvəlinin lideri PSJ paytaxt Parisdə “Bordo”nu qəbul edib.
Bu görüşdə yeddi qol vurulub. PSJ-nin 4:3 hesabı ilə qalib gəldiyi matçda meydan sahiblərinin braziliyalı ulduzu Neymar da qırmızı vərəqə alıb.
İlk hissənin artırılmış altıncı dəqiqəsində sarı vərəqə almış Neymar matça artırılmış ikinci dəqiqədə də ikinci dəfə vərəqə görüb. Bu üzdən Braziliya millisinin futbolçu meydandan qovulub.
Səbuhi Musayev