Dünya futbolunun canlı əfsanəsi Pele yenidən xəstəxanaya yerləşdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə keçmiş dünya çempionu öz “İnstaqram” hesabında paylaşım edib.
82 yaşlı keçmiş hücumçu bağırsaqlarındakı şişin müalicəsi üçün xəstəxanaya yollandığını deyib. O, fevralın 20-də “Atletiko Mineyro” – “Flamenqo” arasında keçiriləcək Super Kubok matçına palatadan baxacağını bildirib: “Super Kuboka baxmaq üçün artıq böyük televizor və popkorn sifariş etmişəm. Dostum Tom Bredi oynamasa da, matça baxacağam. Bütün dəstək və sevgi mesajlarına görə təşəkkür edirəm”.
View this post on InstagramQeyd edək ki, Pele ötən ilin sentyabrında bağırsağındakı şişə görə əməliyyat olunub.
Digər xəbərlər