Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Pep Qvardiola "Real Madrid"ə qalib gələ bilməyəcəklərini etiraf edib
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola etiraf edib ki, Çempionlar Liqasının pley-off mərhələsində "Real Madrid"i keçmək şansları minimaldır.
Oxu.Az "The Independent"ə istinadən xəbər verir ki, oyunöncəsi fikirlərini bölüşən mütəxəssis ilk matçda 2:3 hesabı ilə uduzduqları rəqiblərinə Madriddə qalib gəlmək şanslarının bir faiz olduğunu deyib:
"Matçdan əvvəl sual versəniz, bizim mövqeyimizi nəzərə alaraq "Santyaqo Bernabeu"da qalib gəlmək ehtimalımızın nə qədə olduğunu soruşsanız, deyəcəyəm ki, şanslar minimaldır, bir faizdir. Amma nə qədər ki, şanslar var, çalışacağıq. Bu, mütləqdir".
Qeyd edək ki, "Real Madrid"lə "Mançester Siti" arasında cavab matçı sabah Bakı vaxtı ilə gecəyarısı keçiriləcək.
"Pep Qvardiola" teqi üzrə xəbərlər
- "Mançester Siti" klubunun rəhbərliyi yeni baş məşqçi axtarışlarına başladı
- "Mançester Siti" Qvardiolanın yerinə "Barselona"nın əfsanəsini gətirmək istəyir
- Pep Qvardiola həyat yoldaşı ilə barışmaq üçün dişini bəhanə edərək İspaniyaya gedib
- Qvardiola "Mançester Siti"nin uğursuzluğunu Kevin De Bruynenin üzərinə atdı
- Qvardiola üç ulduz futbolçusu ilə yolları ayırmağı PLANLAŞDIRIR