Sosial şəbəkələrdə “Barselona”nın sabiq futbolçusu Jerar Pike və hazırda Kataloniya klubunda çıxış edən Frenki de Yonqun tribunada olarkən çəkilmiş videosu yayılıb.
Görüntülərdən bəlli olur ki, ispaniyalı keçmiş müdafiəçi niderlandlıya sevgilisinin yanında oturmaq üçün yuxarı sıraya qalxmağa icazə verməyib. Nəticədə de Yonq Pike ilə eyni sırada sonuncu yeri tutmalı olub.
“Mançester Yunayted” azarkeşləri videoya münasibət bildiriblər. Onlar Frenkiyə söz veriblər ki, “Old Trafford”a keçsə, heç kim onunla belə davranmayacaq.
Mənbə: Sports.ru
Pike Frenki de Yonqa sevgilisinin yanında oturmağa icazə vermədi - VİDEO
Rəylər