İtaliyanın “Yuventus” klubu Andrea Pirlonu istefaya göndərib.
Oxu.Az xəbər verir ki, onunla müqavilə pozulub.
Qeyd edək ki, 42 yaşlı Andrea Pirlo “Yuventus”da çalışdığı bir mövsümdə komanda yalnız İtaliya Super Kuboku və İtaliya Kubokunu qazana bilib. Komanda onun rəhbərliyi altında A Seriyasında son illər ən pis çıxışını edərək dördüncü olub.