Ermənistana bir günlük qeyri-rəsmi səfər edən UEFA prezidenti Mişel Platini Azərbaycan və Ermənistan arasında münasibəti şərh edib.
“Futbolda irqçiliyə, eləcə də futbola da təsir göstərən Ermənistan və Azərbaycan arasında münasibətə gəldikdə isə, problemlər bütün dünyada mövcuddur. Biz sadəcə onların həllinə vasitəçilik etmək istəyirik. Bəzi məsələləri həll etmək asandır, bəzilərini çətin. Futbol çərçivəsində mümkün olan hər şeyi etməyə səy göstəririk.
Azərbaycan və Ermənistan arasındakı münasibət UEFA-dan asılı olmayan siyasi məsələdir. Mənim arzum isə hər şeyin yaxşı olmasıdır”- Oxu.Az Platininin News.am-da dərc edilmiş sözlərindən sitat gətirir.
Səfər zamanı Platini Avan futbol akademiyasına, gənc oyunçuların oyununa baxıb və onlarla şəkil çəkdirib, sonra isə KİV nümayəndələri ilə söhbət edib.
“Əgər mən yenidən UEFA prezidenti seçilməsəydim, İrəvana gəlməzdim (gülümsəyir). Burda olmağıma şadam. Bolqariyaya gedərkən Ermənistana da səfər etməyi qərara aldım, çoxdandır dostum Ruben Ayrapetyanı görmürdüm. Mənim səfərimin konkret məqsədi yoxdur.
UEFA-nın federasiyalara bu akademiyada olduğu kimi yaxşı şəraitin yaradılmasına yardım etməsi yaxşı haldır. Ümid edirik burada bir çox yaxşı futbolçular yetişəcək.
Gələn il Avropa çempionatında 24 komanda iştirak edəcək, daha çox matç olacaq. Avropada yüksək səviyyəli 24 yığma var. Rəqabət güclənib.
Ümid edirəm ki, bu il hakimlər “Yuventus”a məni bu məsələdə ittiham etməyə yardım etməyəcəklər. Yaxşı ki, finala yenə də italyan klubu çıxıb. “Yuventus” mənim keçmiş komandamdır, amma mən tamamilə bitərəf mövqe tuturam”.
F.H.
www.oxu.az