PSJ-nin baş məşqçisi Maurisio Poçettino Lionel Messini dünyanın ən yaxşı oyunçusu adlandırıb.
“Messi elə futbolun özüdür. Əgər kiməsə futbolun nə olduğunu izah etmək istəyirsinizsə, deyin ki, bu, Messidir”, - deyə o bildirib.
Baş məşqçi qeyd edib ki, “Real”la qarşılaşmada vura bilmədiyi penaltinin Messinin özünəinamına təsir edəcəyinə düşünmür.
“Messi əla oynadı, onun sayəsində komanda ümumi qələbə qazandı”, - deyə M.Poçettino bildirib.
Mənbə: Sports.ru