PSJ-nin baş məşqçisi Maurisio Poçettino Lionel Messinin əvəzlənməsi zamanı baş vermiş qalmaqaldan danışıb.
Baş məşqçi Messinin əvəzlənməsinin komandanın sükanı arxasında dayanan şəxs kimi onun vəzifələrindən biri olduğunu xatırladıb.
“Lionel Messini əvəzlədim, çünki baş məşqçilərin kənardakı vəzifəsi budur. Bəzən heç kim xoşbəxt olmasa da bir qərar verməli və tətbiq etməlisiniz”, - deyə Poçettino bildirib.
Xatırladaq ki, matçın 76-cı dəqiqəsində Messi əvəzlənib. Meydanı tərk edən futbolçu baş məşqçinin əlini sıxmayıb.
Mənbə: SporX