Ötən gün Portuqaliya çempionatında baş tutan “Benfika” və “Vitoria” komandaları arasında oyunda Ukraynaya dəstək ifadə edilib.
Meydana daxil olan ukraynalı futbolçu Roman Yaremçuk azarkeşlərin uzunmüddətli alqışı səbəbilə gözyaşlarını saxlaya bilməyib.
Tribunalarda azarkeşlər “Səninləyik, Yaremçuk”, “Müharibəni dayandırın!” və “Ukrayna yalnız deyil” yazılmış plakatlar açıblar.
Portuqaliyalı azarkeşlərdən Ukraynaya dəstək: Yaremçuk gözyaşlarını saxlaya bilmədi - VİDEO