“Mançester Yunayted” İngiltərə Premyer Liqasının XII turu çərçivəsində evdə “Luton Taun”u minimal hesabla məğlub edib - 1:0.
Matçda yeganə qolu 59-cu dəqiqədə “qırmızı şeytanlılar”ın müdafiəçisi Viktor Lindelef vurub.
21 xal toplayan “Mançester Yunayted” turnir cədvəlində altıncı pilləyə yüksəlib. “Luton Taun” altı xalla 17-ci yerdədir.