Fransanın “Pari Sen-Jermen” futbol klubu İspaniya “Barselona”sının braziliyalı hücumçusu Neymarı rənglərinə qatmaq niyyətindədir.
Oxu.Az Report-a istinadən xəbər verir ki, 25 yaşlı futbolçunun atası həftə ərzində Fransa klubunun nümayəndələri ilə danışıqlar aparacaq.
Neymarın “Barselona” ilə 2021-ci ilin yayına qədər nəzərdə tutulan müqaviləsinin şərtlərinə görə, futbolçunun dəbbə pulu 222 avro təşkil edir, gələn il isə bu rəqəm 250 milyon avroyadək artacaq.
A.S.