UEFA Çempionlar Liqasının (ÇL) 2024/2025 mövsümünün yekunlarına görə PSJ-yə 148.4 milyon avro ödəyəcək.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Football Meets Data" "X" sosial şəbəkəsində məlumat yayıb.
Mənbənin məlumatına görə, PSJ ÇL-nin finalında "İnter"ə qalib gəldiyinə (5:0) görə 6.5 milyon avro alacaq.
Paris klubu UEFA Superkubokunda iştiraka vəsiqə qazandığına görə daha dörd milyon avro qazanacaq. Luis Enrikenin yetirmələri burada "Tottenhem"lə qarşılaşacaqlar.
Qeyd edək ki, ÇL-nin finalçısı "İnter" mövsümün yekunları üzrə UEFA-dan 136.6 milyon avro alacaq.