Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

PSJ-nin dörd futbolçusu rəqibini təhqir etdiyinə görə cəzalanıb
PSJ-nin dörd futbolçusu Fransa çempionatında “Marsel” ilə oyundan sonra təhqiramiz şüarlar səsləndirdiklərinə görə bir oyunluq cəzalandırılıb.
Bu barədə Fransa Peşəkar Futbol Liqasının intizam komissiyasının prezidenti Sebastyan Deneyə istinadən məlumat yayılıb.
Sentyabrın 24-də PSJ doğma meydanda “Marsel”i 4:0 hesabı ilə məğlub edib. Matçdan sonra Paris klubunun futbolçuları Usman Dembele, Randal Kolo-Muani, Leyvin Kurzava və Əşrəf Hakiminin azarkeşlərlə birlikdə “Marsel”in ünvanına təhqiramiz şüarlar səsləndirməsi anı kameralara əks olunub.
Oktyabrın 1-də oyunçuların davranışlarına görə üzr istədikləri bildirilib.
Futbolçular Fransa çempionatında oktyabrın 8-də keçiriləcək “Renn”lə oyunu buraxacaqlar.
Qeyd edək ki, PSJ 7 turdan sonra 12 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Mənbə: TASS
"Fransa" teqi üzrə xəbərlər
- Tramp Makronu alçaltmaqda ittiham edilir
- Fransalı siyasətçidən ÇAĞIRIŞ: Təcili şəkildə növbədənkənar seçki keçiriləcək?
- Trampdan Makronun narahatedici jestinə reaksiya
- Rəsmi Bakı Fransanın Ermənistandakı səfirinin anti-Azərbaycan iddialarına cavab verib
- Fransada Rusiya Baş Konsulluğunun yanında PARTLAYIŞ TÖRƏDİLDİ