Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

PSJ-nin futbolçusunun evinin qarət edilməsinin TƏFƏRRÜATI - YENİLƏNİB
PSJ-nin qapıçısı Canluici Donnarumanın evinin qarət edilməsinin təfərrüatı məlum olub.
Məlumata görə, ötən gecə bir neçə nəfər 24 yaşlı futbolçunun sevgilisi ilə birlikdə qaldığı evə daxil olub.
Donnaruma başından vurulub. Nəticədə onun başında iki yara əmələ gəlib. Oğrular zinət əşyaları, dəbdəbəli çantalar və saatları yığarkən qurbanları bağlayaraq silah gücünə tutublar.
Donnaruma sevgilisi ilə birlikdə oradan çıxıb yaxınlıqdakı hotelə sığınmağı bacarıb. Daha sonra onlar xəstəxanaya aparılıblar.
Mənbə: “RMC Sport”
13:44
PSJ-nin qapıçısı Canluici Donnarumanın Parisdəki evi qarət olunub.
Hadisə ötən gecə, 24 yaşlı qolkiper və sevgilisi evdə olarkən baş verib. Onlar cinayətkarların zorakı hərəkətlərinə məruz qalıblar. Evdən təxminən 500 min avro oğurlanıb.
Donnaruma və sevgilisi yaxınlıqdakı hotelə sığınmağı bacarıblar. Hotel işçiləri polis çağırıblar. Onların hər ikisi xəstəxanaya aparılıblar.
Mənbə: BBC