Amerikalı boksçu Roy Cons Rusiya vətəndaşlığı alıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin fərman imzalayıb.
“1969-cu il yanvarın 16-da Amerika Birləşmiş ştatlarında anadan olan Roy Levesta Consun vətəndaşılıq müraciəti qəbul edilsin”.- fərmanda deyilir.
Qeyd edək ki, idmançı RF vətəndaşlığını almaq üçan avqustun 20-də Yaltada Rusiya prezidentinə müraciət etmişdir. Bununla belə o ABŞ pasportundan imtina etməyəcəyini bildirmişdir.