Dubayda Azərbaycan şahmatçılarının iştirak etdiyi Beynəlxalq Dubai Open turniri keçirilir.
Oxu.Az xəbər verir ki, Azərbaycan nümayəndələri arasında 3 turdan sonra ən yaxşı nəticələr Qadir Hüseynovdadır. O, hər üç partiyada qalib olub, 3-cü turda isə erməni Ovik Ayrapetyana qalib gəlib.
Qadir Hüseynov 12 şahmatçı arasında yüz faizlik göstəriciyə malikdir. 9 turdan ibarət olan turnir aprelin 14-də başa çatacaq.
F.H.
www.oxu.az