Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

“Qalatasaray” İkardisiz qaldı
“Qalatasaray” dünən keçirilən “Beşiktaş”la matçdan sonra stadionu qəfil tərk edən Mauro İkardinin səhhəti ilə bağlı açıqlama verib.
“Spor Toto Super Liqasının 9-cu həftəsində “Beşiktaş”la matçda aldığı zərbədən sonra ağrıları başlayan və oyundan sonra tibbi baxış zamanı zədəsi müəyyənləşən futbolçumuz Mauro İkardinin sağ topuq nahiyəsindəki vətərlərində, torlu qişa toxumasında qanaxma aşkar edilib. Oyunçumuzun müalicəsinə başlanılıb”, - deyə klubdan bildirilib.
Hücumçunun yaşıl meydanlara nə zaman qayıdacağı açıqlanmayıb. Ehtimal ki, o, komandasının Çempionlar Liqası çərçivəsində “Bavariya” ilə matçını buraxmalı olacaq.
Mənbə: Haber Global
"UEFA Çempionlar Liqası" teqi üzrə xəbərlər
- UEFA Çempionlar Liqasında həftənin rəmzi komandası bəlli oldu
- UEFA-dan "Atletiko" - "Real Madrid" oyunundakı mübahisəli penaltiyə REAKSİYA
- Karlo Ançelotti UEFA Çempionlar Liqasında rekorda imza atıb
- Arda Gülerə şans verməyən Karlo Ançetlotti türkiyəli azarkeşlərin tənqidinə məruz qaldı
- UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin görüşlərinin keçiriləcəyi tarix bəlli oldu