Bu axşam UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçiriləcək.
Oxu.Az xəbər verir ki, gecənin ilk qarşılaşmasında "Qalatasaray" İstanbulda İngiltərənin "Liverpul" klubunu qəbul edəcək.
İzləyicilər "Qalatasaray" - "Liverpul" oyununu "CBC Sport" TV-də izləyə biləcəklər.
Günün digər maraqlı qarşılaşmalarında isə "Nyukasl Yunayted" "Barselona" ilə, "Atalanta" isə "Bavariya" ilə üz-üzə gələcəklər. "Atalanta" - "Bavariya" qarşılaşması "CBC Sport" kanalında, "Nyukasl Yunayted" - "Barselona" qarşılaşması isə İctimai TV-də canlı yayımlanacaq.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi
10 mart
Saat 21:45, "Qalatasaray" - "Liverpul" ("CBC Sport" TV).
11 mart
Saat 00:00, "Nyukasl Yunayted" - "Barselona" (İctimai TV);
Saat 00:00, "Atalanta" - "Bavariya" ("CBC Sport" TV).