Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Qalatasaray"ın mövsüm sonunda yollarını ayıra biləcəyi ilk futbolçu bəlli oldu
"Qalatasaray" klubu mövsüm sonunda Kerem Demirbayla yollarını ayıracağını açıqlayıb.
Oxu.Az "NTVSpor"a istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçi üçün diqqətçəkən transfer iddiası gündəmə gəlib.
"Samsunspor" prezidenti Yüksel Yıldırım bir müddət əvvəl "Qalatasaray"dan kimi transfer etmək istərdiniz?" sualına "Kerem Demirbay" cavabını verib.
Kerem Demirbay isə Qara dəniz komandasının ona olan marağına mənfi cavab verməyib. O, "Samsunspor"a getməklə bağlı qəti qərar versə, "Qalatasaray" da bu transferə icazə verəcək.
Qeyd edək ki, təcrübəli yarımmüdafiəçi bu mövsüm "Qalatasaray"ın heyətində 30 matçda 909 dəqiqə meydanda olub, cəmi üç məhsuldar ötürmə ilə yadda qalıb.
"Qalatasaray FK" teqi üzrə xəbərlər
- Mertens Neapol şəhərinin fəxri vətəndaşı olacaq
- Alvaro Morata "Atletiko Madrid"dən ayrıldığı üçün peşman olub
- "Qalatasaray" İngiltərə klubunun futbolçusu üçün yenidən təklif göndərdi
- Dris Mertens "Qalatasaray"dakı gələcəyi ilə bağlı yekun qərarını açıqlayıb
- "Qalatasaray" klubunun sabiq futbolçusu karyerasını başa vurdu