"Qalatasaray"ın rəhbərliyi "Fənərbağça" ilə matçda qazanılan qələbəyə görə komandanı mükafatlandıracaq.
Oxu.Az "Hürriyet" nəşrinə istinadən xəbər verir ki, İstanbul klubunun prezidenti Dursun Özbek futbolçular üçün 2.5 milyon avro mükafat ayrıldığını açıqlayıb.
Xatırladaq ki, Türkiyə Superliqasının IX turunda keçirilən İstanbul derbisində "Qalatasaray" "Fənərbağça"nı 2:1 hesabı ilə məğlub edib.
Qaynar xətt:
(055) 224 12 12