Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Qalatasaray" rəsmilərindən futbolçulara QADAĞA
Mövsüm sonunda məğlubiyyət yaşamadan çempion olaraq beşinci ulduzu qazanmaq istəyən "Qalatasaray" rəsmiləri futbolçulara bəzi qadağalar qoyublar.
Oxu.Az "Fanatik" nəşrinə istinadən xəbər verir ki, klub rəsmiləri məşq prosesində iştirak edən futbolçuların mövsümün sonunda qeyd edəcəkləri qələbə sevincləri ilə bağlı danışıqlara icazə verilmədiyini, bu barədə danışan futbolçuları isə cəza gözlədiyini bildiriblər.
Buna səbəb isə futbolçuların qarşıdakı oyunlara köklənmələri və arxayınlaşmamalarıdır.
Qeyd edək ki, "Qalatasaray" klubu sonuncu dəfə 1990/91 mövsümündə meydana çıxdığı 30 oyundan 23-də qalib gəlib, yeddi dəfə isə heç-heçə edib.
"Qalatasaray FK" teqi üzrə xəbərlər
- Mauro İkardidən gözlənilməz qərar: "Qalatasaray"dan ayrılır
- "Qalatasaray" UEFA Çempionlar Liqasına vəsiqəni təmin etdi
- Superkompüter Türkiyə Super Liqasının qalibi olacaq komandanın adını açıqladı
- "Qalatasaray" klubu Lukas Torreyra ilə müqavilə müddətini uzatmaq istəyir
- İlkay Gündoğan "Mançester Siti"dəki gələcəyinə aydınlıq gətirdi