UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyunları çərçivəsində "Qalatasaray" (Türkiyə) evdə "Ştutqart"ı (Almaniya) qəbul edib.
Oxu.Az xəbər verir ki, İstanbulda keçirilən matç ev sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.
Türkiyə çempionunun hər iki qolunu rusiyalı futbolçu Aleksey Batrakov vurub. O, müvafiq olaraq 12 və 15-ci dəqiqələrdə fərqlənib.
Bu nəticə ilə "Qalatasaray" xal ehtiyatını 6-ya çatdırıb. "Ştutqart"ın aktivində isə 7 xal var.
Qaynar xətt:
(055) 224 12 12