Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
“Qarabağ” Almaniyadakı oyunda azarkeşlərin davranışına görə ziyana düşdü
UEFA “Qarabağ” klubunu 1750 avro cərimələyib.
“Report”un əldə etdiyi məlumata görə, buna Azərbaycan çempionunun azarkeşlərinin Almaniyada “Bayer 04”ə qarşı keçirdiyi UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun oyunundakı davranışları səbəb olub.
Fanatlar pirotexniki vasitələrdən istifadə ediblər.
“Köhlən atlar” IV turda bu komandaya qarşı Bakıdakı matça görə isə xəbərdarlıq alıb. “Qarabağ”ın 5 futbolçusu həmin vaxt sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, oktyabrın 26-da reallaşan qarşılaşma Leverkuzen təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Noyabrın 9-dakı görüşdə isə Bundesliqa klubu minimal hesablı qalibiyyətə sevinib - 1:0.
Rəylər