Bu axşam UEFA Çempionlar Liqasında Liqa mərhələsinin altıncı turunun oyunları keçiriləcək.
Oxu.Az xəbər verir ki, gecənin ilk əsas qarşılaşmasında "Qarabağ" Bakıda "Ayaks"ı qəbul edəcək.
İzləyicilər bu oyunu 21:45-dən etibarən İctimai TV-də izləyə biləcəklər.
Günün digər maraqlı qarşılaşmalarında isə "Real Madrid" İspaniyada "Mançester Siti"ni, "Atletik Bilbao" isə İspaniyada PSJ-ni qəbul edəcəklər.
"Real Madrid" - "Mançester Siti" oyunu İctimai TV-də, "Atletik Bilbao" - PSJ oyunu isə "CBC Sport" TV-də yayımlanacaq.
UEFA Çempionlar Liqası
VI tur
10 dekabr
Saat 21:45, "Qarabağ" - "Ayaks" (İctimai TV).
11 dekabr
Saat 00:00, "Real Madrid" - "Mançester Siti" (İctimai TV);
Saat 00:00, "Atletik Bilbao" - PSJ ("CBC Sport" TV).