"Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Oxu.Az İdmanxeber.az-a istinadla xəbər verir ki, Ağdam təmsilçisi Rusiyanın "Pari" klubunda çıxış edən Renaldo Çepasın transferi ilə bağlı qarşı tərəflə razılıq əldə edib. Bildirilir ki, transferin dəyəri 1 milyon dollar təşkil edir.
Müqavilədə əlavə olaraq 200 min dollar məbləğində bonusların da yer aldığı qeyd olunur.
Yamaykalı vinger ötən mövsüm Rusiyada 29 oyunda forma geyinib və 1 qol vurub, 3 assist edib.
Qeyd olunur ki, klublar artıq transferin son detalları üzərində razılığa gəliblər və keçidin yaxın vaxtlarda rəsmiləşdirilməsi gözlənilir.
26 yaşlı futbolçu karyerası ərzində "Şkupi", "Ankaragücü" kimi klubların formasını geyinib.
