UEFA Avropa Liqasında əsas mərhələyə vəsiqə qazana biləcək klubların siyahısı yenilənib.
Oxu.Az "Football Meets Data"ya istinadən xəbər verir ki, ilk onluqda Azərbaycan çempionu "Qarabağ" da yer alıb.
"Köhlən atlar"ın bu turnirdə Liqa mərhələsinə yüksəlmə ehtimalı 62 faiz göstərilib.
Qeyd edək ki, "Qarabağ" hazırda UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində mübarizə aparır. Komanda bu raundun ilk matçında İrlandiyada "Şelburn"u üç cavabsız qolla üstələyib. Cavab görüşü iyulun 30-da keçiriləcək.