Bu gün Avropa Liqasında qrup mərhələsinin 2-ci turunun oyunları keçirilib. Komandamızın rəqibi İtaliyanın “İnter” klubu idi.
Oxu.Az xəbər verir ki, güclü rəqib ilə görüşdə təmsilçimiz hər hissəyə bir qol buraxaraq məğlub oldu.
18-ci dəqiqədə D.D`Ambrozio hesabı açdı, 85-də isə M.İkardi fərqi iki topa çatdırdı.
İnter - Qarabağ - 2:0
Bu qrupun digər oyununda isə “Sent-Etyen” doğma meydanda “Dnepr” ilə qolsuz heç-heçəyə razılaşıb.