Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qarabağ" ilk yoxlama oyununda qələbə qazanıb.
Oxu.Az xəbər verir ki, "Gloria Sports Arena"da Özbəkistanın "Neftçi" (Fərqanə) komandası ilə qarşılaşan "köhlən atlar" 5:0 hesablı qələbə qazanıblar.
Ağdamlıların heyətində Marko Yankoviç (3, 29), Leandro Andrade (8), Joni Montiel (10) və Nəriman Axundzadə (71) fərqləniblər.
"Qarabağ" qış təlim-məşq toplanışı çərçivəsində ilk oyununa çıxır.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, yoxlama oyunu çərçivəsində "Qarabağ" Özbəkistanın "Neftçi Fərqanə" klubu ilə qarşılaşır.
Qeyd edək ki, qarşılaşmanı birbaşa "Qarabağ" futbol klubunun rəsmi mobil tətbiqindən canlı izləyə bilərsiniz.
Xatırladaq ki, Ağdam təmsilçisi növbəti yoxlama görüşünü yanvarın 16-da Polşanın "Zaqlebie Lubin" klubuna qarşı keçirəcək. Həmin qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.