Portuqaliyanın “Tondela” klubunun futbolçusu Rafael Barbosa karyerasını Azərbaycanda davam etdirə bilər.
27 yaşlı vingerin xidmətində “Qarabağ” maraqlıdır. Portuqaliya klubu ilə müqaviləsi mövsümün sonuna qədər olan oyunçunu Çin klubları da istəyirlər.
Rafael Barbosa bu mövsüm 35 oyunda 5 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” portalı onu 500 min avro dəyərləndirir.
Mənbə: bolanarede.pt