Bu gün UEFA Gənclər Liqasında mübarizəyə start verilib.
Oxu.Az xəbər verir ki, "Qarabağ" klubunun U-19 komandası da yarışa qoşulub.
Təmsilçimiz səfərdə "Benfika"nın qonağı olub.
Görüş meydan sahiblərinin tam üstünlüyü ilə keçib. Portuqaliya klubu ilk hissədə 6 qol vurub.
Fasilədən sonra "qartallar" daha bir dəfə fərqləniblər. Ağdamlıların gücü isə yalnız təsəlli topuna çatıb - 1:7.
16 sentyabr
UEFA Gənclər Liqası
I tur
14:00. "Benfika" U-19 - "Qarabağ" U-19 7:1
Qollar: Migel Figeyredo, 6, Qonçalo Moreyra, 15, 17, 26, 38 (p), Fransisko Silva 20, Stevan Manuel 61, - Əli Qazıbəyov, 85
Portuqaliyada UEFA Gənclər Liqasında "Benfika" və "Qarabağ"ın U-19 komandalarının matçı başlayıb.
Oxu.Az xəbər verir ki, ev sahibi artıq hesabda irəlidədir.
Oyunun canlı yayımını təqdim edirik:
Bu gün UEFA Gənclər Liqasında mübarizəyə start veriləcək.
Oxu.Az xəbər verir ki, "Qarabağ" klubunun U-19 komandası da yarışa qoşulacaq.
Təmsilçimiz səfərdə "Benfika"nın qonağı olacaq.
Portuqaliyada keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.
Qeyd edək ki, Rəşad Sadiqovun yetirmələri Gənclər Liqasında altı matç keçirəcəklər. Ağdamlılar "Benfika", "Kopenhagen", "Atletik", "Çelsi", "Napoli" və "Ayaks"ın müvafiq yaş qruplarından ibarət komandaları ilə qarşılaşacaqlar.
16 sentyabr
UEFA Gənclər Liqası
I tur
14:00. "Benfika" U-19 - "Qarabağ" U-19