Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Qarabağ" UEFA Avropa Liqasının yeni mövsümünə əsas mərhələdə start verəcək
2025/2026 mövsümündə UEFA turnirlərində Liqa mərhələlərinə vəsiqə qazana biləcək klubların siyahısı yenilənib.
Oxu.Az xəbər verir ki, "Football Meets Data"nın tərtib etdiyi cədvələ əsasən, "Qarabağ" UEFA Avropa Liqasının əsas mərhələsində mübarizə aparacaq.
Hətta ehtimallara görə, 32.000 əmsalı olan Ağdam təmsilçisi püşkatmaya üçüncü səbətdə qoşulacaq.
Birinci səbətdə İngiltərənin "Mançester Siti", İtaliyanın "Yuventus", ikinci səbətdə isə Türkiyənin "Fənərbağça" komandası göstərilib.
Qeyd edək ki, hazırda 70 xalla Premyer Liqanın lideri olan "Qarabağ" çempion olacağı təqdirdə mübarizəyə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindən başlayacaq.
"UEFA Çempionlar Liqası" teqi üzrə xəbərlər
- Viktor Osimhenlə bağlı "Qalatasaray" və "Napoli" razılığa gəldilər
- PSJ-dən klub əməkdaşlarına sürpriz
- UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli oldu
- Çempionlar Liqasının qalibi hansı komanda olacaq? - Superkompüterdən PROQNOZ
- "Qarabağ" ÇL-ə ikinci təsnifatdan başlayacaq? - Klub rəsmisi AÇIQLADI