Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
“Qarabağ”ın keçmiş forvardı Musa Qurbanlının “Yurqorden”dən nə vaxt ayrılacağı dəqiqləşdi
Millinin hücumçusu Musa Qurbanlının “Yurqorden”dən nə vaxt ayrılacağı dəqiqləşib.
Sportinfo.az xəbər verir ki, o, iyunun ortasında Azərbaycana dönəcək.
“Qarabağ” 22 yaşlı keçmiş forvardını bir illik icarəyə götürəcək. Bununla bağlı Azərbaycan və İsveç klubları arasında razılıq əldə olunub.
Ötən ilin yayında Skandinaviya ölkəsinin yolunu tutan Qurbanlının “Yurqorden”lə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.
İsveç çempionatında 2024 mövsümü martın sonunda başlayacaq.
Ən çox oxunanlar