Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
“Qarabağ”ın prezidenti Tahir Gözəl: “Son ana qədər ümid edirdim ki, rəqibimiz “Slaviya” olacaq - VİDEO
“Son ana qədər ümid edirdim ki, rəqibimiz “Slaviya” (Çexiya) olacaq. Ancaq “Bayer Leverkuzen”lə qarşılaşacağıq”.
Bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl püşkatmanın nəticəsini dəyərləndirərkən deyib.
O bildirib ki, rəqib çox güclüdür, buna baxmayaraq, “Qarabağ” ən yüksək səviyyədə oyun nümayiş etdirib Avropanı və UEFA-nı yenidən təəccübləndirəcək:
“Bayer” çox güclü bir rəqibdir. Rekordlar qıran yenilməz komandadır. Xüsusilə də bu mövsüm ən üst səviyyədə oyun nümayiş etdirirlər. Əlbəttə ki, çətin oyun olacaq. Amma ən azından biz onları tanıyırıq və təcrübəmiz var. “Qarabağ”ın dünənki möhtəşəm qələbəsi bizi ruhlandırıb. Güman edirəm ki, ən yüksək səviyyədə oynayacağıq. Çalışacağıq ki, Avropanı, UEFA-nı təəccübləndirək”.
Ətraflı Baku TV-nin süjetində: