Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
“Qarabağ”ın rəqibi Portuqaliya çempionatında autsayderlə bacarmadı
“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” Portuqaliya çempionatında növbəti oyununu keçirib.
Oxu.Az-ın məlumatına görə, Artur Jorjenin baş məşqçisi olduğu komanda XIX turda autsayderlər qrupunda yer alan “Çaves”i qəbul edib.
Qarşılaşma heç-heçə yekunlaşıb - 1:1. Meydan sahiblərinin heyətində 52-ci dəqiqədə Rodriqo Salasar, qonaqlarda isə bundan 10 dəqiqə sonra Steven Vitoria fərqlənib.
“Braqa” 19 oyundan sonra 37 xalla dördüncü, “Çaves” isə 13 xalla 17-cidir.
Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını isə 22-də evdə keçirəcək.
Ən çox oxunanlar