Futbol üzrə İspaniya La Liqasında 8-ci tura yekun vurulub. Oxu.Az xəbər verir ki, sonuncu oyun günündə “Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Sevilya” “Barselona”nın qonağı olub. Kataloniya təmsilçisi rəqibini darmadağın edib - 4:0. “Barselona”nın heyətində Suares, Vidal, Dembele və Messi fərqlənib.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin