Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“Qarabağ”ın rusiyalı qapıçısı: “Dəvət gözləyirəm”
“Qarabağ”ın futbolçusu Andrey Lunyov Rusiya millisindən dəvət gözləyir.
Bunu 32 yaşlı qapıçı “Championat”a açıqlamasında deyib.
Lunyov yığmanın əsas heyət üzvü olmağı hədəflədiyini bildirib:
“Millidən zəng var idi, amma hələ dəvət yoxdur. Yığmanın qapıçılar üzrə məşqçisi Vitali Kafanov əlaqə saxlayaraq, Avropa Liqasındakı uğurlu çıxışa görə təbrik etdi. Mən təkcə çağırılmaq yox, oynamaq istəyirəm. Təbii ki, dəvət gözləyirəm”.
Qeyd edək ki, Rusiya millisi martda Serbiya və Paraqvay yığmaları ilə yoldaşlıq görüşləri keçirəcək.
Ən çox oxunanlar
Rəylər