Uels millisinin hücumçusu Qaret Beyl futbolu tərk etdiyini açıqlayıb.
O, bu barədə bazar ertəsi “Insagram” səhifəsində yazıb.
“Diqqətlə düşündükdən sonra, klub futbolunda və beynəlxalq səviyyədə təqaüdə çıxdığımı elan edirəm. Ən sevdiyim idman növü ilə məşğul olmaq arzusuna çatdığım üçün inanılmaz dərəcədə şanslıyam”, – Beyl yazıb.
Qeyd edək ki, Qaret Beyl karyerası ərzində İngiltərənin “Sauthempton” və “Tottenhem”, həmçinin İspaniyanın “Real Madrid” komandalarının da şərəfini qoruyub. O, “kral klubu” ilə 3 dəfə La Liqa çempionu olub, bir dəfə ölkə kubokunu və Superkubokunu qazanıb. Həmçinin 5 dəfə UEFA Çempionlar Liqasında qələbə sevinci yaşayıb.
Bundan əlavə, Beylin UEFA Super Kubokunda iki qələbəsi və dörd klublararası dünya çempionluğu titulu var.
Uels yığmasında 109 oyuna çıxan vinger 41 qol vurub.
Посмотреть эту публикацию в Instagram
"UEFA Çempionlar Liqası" teqi üzrə xəbərlər
- Bakı Olimpiya Stadionu "Sabah"ın tarixi oyunu üçün hazırdır - Foto
- "Sabah" - "Borussiya Dortmund" matçının biletləri satışa çıxarıldı - Qiymətlər
- Türkiyəli məşqçi Azərbaycandan deportasiya olundu, klub məsələyə aydınlıq gətirdi - Özəl - Foto
- "Qarabağ"ın hücumçusu "Olimpiakos"a keçə bilər
- İdmandan kənar: Uesli Sneyderin kökəlməsinin arxasındakı acı həqiqət
Digər xəbərlər