Larnakada Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Apollon” (Kipr) və “Qəbələ” Azərbaycan komandaları arasında ilk oyun keçirilib.
Oxu.Az xəbər verir ki, oyun 1:1 hesabı ilə bitib.
14-cü dəqiqədə meydan sahiblərindən Georgios Kolokoudias hesabı açıb. “Qəbələ” oyunda bərabərliyi hakimin əlavə etdiyi dəqiqələrdə bərpa edib. Cavid Hüseynov penalti zərbəsini dəqiq yerinə yetirib.
Kiprli azərkeşlər ukraynalı hakimin təyin 11-metrlik zərbəni ədalətsiz hesab ediblər və meydançaya kənar əşyalar atmağa başlayıblar.
Oyunun baş hakimi Serqey Boyko komandaları arenadan çıxarmalı olub. Bundan sonra futbolçular arasında qalmaqal yaşanıb.
Təxminən 15-20 dəqiqədən sonra oyun yenidən davam etdirilib. Qalan bir neçə dəqiqədə qapılara qol vurulmayıb.
Cavab oyunu avqustun 6-da keçiriləcək.