"Qəbələ" və futbolçu Elşad Tağıyev arasında bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçi 2024/2025 mövsümündən "qırmızı-qaralar"ın şərəfini qoruyurdu.