“Qəbələ” futbol klubu jurnalist Rasim Əliyevin ölümü ilə əlaqədar həbs olunduğu bildirilən Elşən İsmayılovla bağlı bəyanat yayıb.
Oxu.Az xəbər verir ki, bəyanatda bildirilir:
“Jurnalist Rasim Əliyevin öldürülməsinə görə təqsirləndirilən və hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Elşən İsmayılovun “Qəbələ”nin əvəzedici komandasının üzvü olduğu bildirilir.
Diqqətinizə çatdırırıq ki, 2013-cü ilin iyul ayının 20-si perspektiv vəd edən futbolçu kimi “Qəbələ”nin əvəzedici komandasına cəlb olunan Elşən İsmayılov cəmi 6 ay əvəzedicilərin heyətində olub, ümidləri doğrultmadığına görə komandadan uzaqlaşdırılıb. Xatırladaq ki, həmin zaman Cavid Hüseynov “Qəbələ”də çıxış etmirdi”.
E.Ə.
www.oxu.az