Qəbələ şəhərinin eyniadlı futbol komandası “Qəbələ”nin avrokuboklarda debüt matçı uğursuzluqla nəticələnib.
Oxu.Az xəbər verir ki, Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “Qəbələ” klubu Bosniya “Şiroki Briyeq”ə 0:2 hesabı ilə məğlub olub.
Oyunda hesabı 74-cü dəqiqədə Vaqner açıb. 89-da isə elə həmin Vaqner ikinci topu komandamızın qapısından keçirib.