“Qəbələ” İdman Klubunun prezidenti Fariz Nəcəfov MMA döyüşçüsü Nəriman Abbasov və məşqçisi Şəhriyar Abbasovla görüşüb.
Oxu.Az xəbər verir ki, görüşdə idmançımızın “AMC Fight Night 100” turniri çərçivəsində rusiyalı Şamil Əmirovla keçirdiyi döyüş barədə fikir mübadiləsi aparılıb. Klub prezidenti Rusiyanın paytaxtı Moskvada keçirilən qarşılaşmada qələbə qazanaraq yüngül çəkidə (-70,3 kq) çempion titulunu qoruyan Nərimanı təbrik edib, ona gələcək döyüşlərində uğurlar arzulayıb:
“Hər bir azərbaycanlı çalışdığı sahədə ölkə üçün faydalı olmağa səy göstərməlidir. Nəriman da əlindən gələnin ən yaxşısını bu döyüşdə nümayiş etdirərək ölkəmiz və klubumuz adına qələbə qazandı”.
Nəriman Abbasov və məşqçisi Şəhriyar Abbasov “Qəbələ” İdman Klubuna göstərdiyi dəstək üçün təşəkkür ediblər. Onlar vurğulayıblar ki, əsas məqsədləri uğurlarını daha da artırmaq, üçrəngli bayrağımızı daim zirvələrdə dalğalandırmaqdır.
View this post on Instagram
"Qəbələ" teqi üzrə xəbərlər
- Qəbələdə turist meymunla şəkil çəkdirərkən başından yaralandı - Foto
- Qəbələdə III Beynəlxalq Xankəndi Ultramarafonuna start verilib
- Qəbələ-Laza yolu keçilməz hala düşdü, ağır texnika cəlb olundu - VİDEO
- "35 ildir qaz görməmişəm" - Qəbələ sakinlərindən ŞİKAYƏT - VİDEO
- Qəbələdə həmkəndlisinin xanımı ilə münasibəti olan müəllim HƏBS EDİLDİ
Digər xəbərlər