İngiltərə Premyer Liqasının XXXII turu çərçivəsində Liverpul şəhərində keçirilən “Everton” – “Mançester Yunayted” oyunu başa çatıb.
Oxu.Az xəbər verir ki, son üç matçında uduzan Frenk Lempardın komandası heç də yaxşı günlərini yaşamayan “qırmızı şeytanlar”a 1:0 hesabı ilə qalib gəlib.
Görüşdəki yeganə qolu 27-ci dəqiqədə Entoni Qordon vurub. “Everton” hazırda 28 xalla 17-ci sıradadır.
11:24
Bu gün İngiltərə Premyer Liqasında XXXII turun oyunları keçiriləcək.
Oxu.Az-ın xəbərinə görə, günün ilk matçı “Everton” – “Mançester Yunayted” arasında keçiriləcək.
Liverpul şəhərinin “Qudison Park” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.
Vəziyyəti yaxşı olmayan qonaqların heyətində Edinson Kavani, Meyson Qrinvud, Skott Maktominey, Luk Şou və Rafael Varan kimi aparıcı futbolçular oynaya bilməyəcəklər.