“Qızıl ayaq” (Golden Foot) mükafatının sahibinin adı açıqlanıb.
Oxu.Az xəbər verir ki, Apasport.az saytının məlumatına görə, bu titulu “Barselona” və İspaniya milli komandasının yarımmüdafiəçisi Andres İnyesta qazanıb.
28 yaşlı oyunçu hər il verilən mükafat uğrunda yarışda Tyerri Anri, Manuel Noyer, Andrea Pirlo, Frank Riberi, Kriştianu Ronaldo, Ueyn Runi, Tyaqo Silva, Yaya Ture və qadın futbolçu Marta da Silvanı qabaqalayaraq birinci olub.
Qeyd edək ki, qalib futbolçu Monako sahilində çempionlar Xiyabanında öz ayaqlarının izlərini qoyur.
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin