İTV telekanalında yayımlanan “Qolf aləmi” verilişi ənənəvi olaraq bu gün də qolfsevərləri öz ətrafına toplayacaq.
Oxu.Az xəbər verir ki, verilişin bu axşamkı buraxılışında Azərbaycan Qolf Federasiyasının həyata keçirdiyi proqramlar və Beynəlxalq Təşkilatlarla əməkdaşlığı, Beynəlxalq Qadınlar Klubunun Azərbaycan Qolf Federasiyası haqqında düşüncələri və qolf zərbələri, Koreya Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Choi Suk Innin illər sonra qolf oyununu, dünyanın ən tanınmış qolf masteri Tiger Woods-u məğlub edərək adını qolf tarixinə qızıl hərflərlə yazdıran Zach Johnsonun qolf həyatını izləyə biləcəksiniz.
Qeyd edək ki, “Qolf aləmi” verilişi hər həftənin cümə günü saat 23.35-də, təkrarı isə cümə axşamı saat 13:35-də İTV telekanalında yayımlanır.
Aytən Sadıqzadə
www.oxu.az